XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 20:32

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Putini dinləyib? –Kremldən rəsmi reaksiya

peskov

"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən Rusiya lideri Vladimir Putinin danışıqlarının dinlənilməsi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik".

Bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, bu yöndə yayımlanan xəbərlər əslində yeni deyil:

“Beynəlxalq toplumla birgə biz də həmin xəbərlərə diqqət yetiririk. “Vikiliks”in məlumatları olduqca önəmlidir. Sənədlər yaxşıca oxunmalıdır. Bildiyimiz kimi ABŞ rəsmiləri Rusiyanın səlahiyyətli şəxslərinin danışıqlarını dinlədiklərini gizlətmirlər”.

Qeyd edək ki, bir müddət əvvəl Vikiliks MKİ-nin Putinin danışıqlarını dinləməyə cəhd etdiyini iddia etmişdi. /Axar.az