XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2017 - 09:52

Bu gündən magistratura və rezidenturaya qəbul başlanılır

DIM

 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən magistratura və rezidenturaya tələbə qəbulu üçün sənəd qəbuluna başlayacaq.

DİM-dən  verilən məlumata görə, martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya və rezidenturaya sənəd qəbulu aparılacaq. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc ediləcək.

DİM martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edir. Qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək.