XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 11:43

Neft Fondu Azərbaycanın EITI-də fəaliyyətinin dayandırılması ilə bağlı açıqlamayaymağa hazırlaşır

EITI

Dövlət Neft Fondu Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) fəaliyyətinin dayandırılması ilə bağlı açıqlama yayacaq.

Bu haqda Azadlıq Radiosuna qurumdan məlumat verilib.

Martın 9-da MSŞT Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb. Buna səbəb ölkənin islahedici tədbirləri gerçəkləşdirməməsi göstərilib. Həmin müzakirələrdə iştirak edən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Azərbaycanın qurumdan çıxacağı haqda məlumatlar olduğunu bildirib.

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov hələ 2015-ci ildə ölkənin statusunun bu qurumda namizəd səviyyəsinə endirilməsi zamanı Azərbaycanın qurumu tərk edə biləcəyi ilə bağlı ehtimalı səsləndirmişdi. O, hökumətin bu qərarla razılaşmadığını və Təşəbbüsdən çıxmaq imkanının nəzərdən keçirildiyini demişdi: «Biz Təşəbbüsdə iştirakımızı hasilat sahəsində şəffaflığın artırılması imkanı kimi nəzərdən keçirirdik. Ancaq onun mandatında müəyyən dəyişikliklər baş verdi, nəticədə MHŞT QHT-lərin maraqlarını dəstəkləyərək Azərbaycana təzyiq göstərməyə başladı».

MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2005-ci ildə qoşulub.