XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 14:24

Aİ-nin sammiti bu gün Böyük Britaniyanın baş nazirininiştirakı olmadan keçirilir

Aİ

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Brüsseldə baş tutan görüşü Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı olmadan keçirilir.

Diplomatik mənbələrdəki mənbənin "RİA "Novosti"yə verdiyi məlumata görə, bugünkü iclasda iştirakçılar Avropaya inteqrasiyanın aktivləşdirilməsinin yollarını müzakirə etdiklərindən T.Meyin orada olmasına lüzum qalmayıb.

Belə ki, Böyük Britaniya Aİ-dən çıxış planını işə salmağa hazırlaşır. Böyük Britaniya hökumətinin martın sonuna qədər prosesə başlayacağı gözlənilir.

"Brexit" şərtləri ilə bağlı Aİ ilə danışıqlar təxminən iki il davam edəcək. Danışıqlarda əsas məsələlərdən biri də Böyük Britaniyada yaşayan Avropa vətəndaşlarının və qitədə yaşayan britaniyalıların statusu olacaq. /"Report"