XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 14:26

Həmsədrlərin Dağlıq Qarabağa səfərinintarixi məlum olub

Uorlik

ATƏT-in Minsk qrupunun həmsədrləri martın 27-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, həmsədrlər həmin gün Yerevana da səfər edəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) martın 11-də Azərbaycanda rəsmi görüşlər keçirəcək.

Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlər olduğundan Azərbaycan və Ermənistana müxtəlif vaxtlarda səfər edəcəklər. /"Report"