XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 16:01

Ramil Usubov Moldovanın Azərbaycandakı səfiriGeorge Leukanı qəbul edib

Ramil Usubov

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leukanı qəbul edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə,  hər iki ölkənin separatçılıqdan və terrorçuluqdan daim əziyyət çəkdiyini deyən daxili işlər naziri qlobal problemlərin, xüsusən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə nəticələnmiş münaqişələrin həllində dövlətlərimizin vahid mövqedən çıxış etməsni və biri-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.

Ölkələrimizin müvafiq strukturları arasında hələ keçmiş sovet dövründən olduqca sıx və işgüzar əlaqələrin mövcudluğunu, müstəqillik illərində isə bunun daha da inkişaf etdirilərək cinayətkarlığa qarşı birgə mübarizəni təmin edən səviyyəyə çatdığını bildirən nazir 1994-cü il fevral ayının 17-də daxili İşlər nazirliklərinin əməkdaşlığına dair Sazişin imzalandığını, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda-Beynəlxalq Kriminal Polis (İnterpol), Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) və GUAM təşkilatları çərçivəsində birgə işbirliyinin uğurla davam etdirildiyini, Azərbaycan tərəfinin xüsusən qabaqcıl təcrübə və qarşılıqlı maraq doğuran məlumat mübadiləsində maraqlı olduğunu bildirib.

Görüş zamanı transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyinə toxunulub.

Səfir George Leuka səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.