Danışıqlar kritik mərhələyə daxil olub və məxfi qaydada aparılır
ABŞ dövlət katibi Con Kerri bildirib ki, İranın nüvə proqramı üzrə danışıqlarda çətinliklər meydana çıxıb.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, Kerri deyib: “Mürəkkəb məsələlər hələ də qalır. Onları həll etmək üçün çox ciddi şəkildə işləyirik. Gecə yarısınadək və güman ki, sabah da işləyəcəyik“.
ABŞ təmsilçisi Mari Harf Tehranla saziş bağlanması ehtimalını 50 50-yə kimi qiymətləndirib.
Xarici nəşrlər yazır ki, danışıqlar kritik mərhələyə daxil olub və məxfi qaydada aparılır.
İranın İRNA agentlyi isə yazır ki, Rusiya və çin diplomatları nüvə proqramı üzrə razılığın əldə ediləcəyi halda Tehranın üzərindəın sanksiyaların götürülməsi barədə tərəfdaşları ilə mövqe ayrılığı sərgiləyiblər. ABŞ və Avropa ölkələri İran razılaşmanı pozacağı təqdirdə BMT sanksiyalarının mexaniki şəkildə təzələnməsini irəli sürür. Moskva və Pekin isə hesab edir ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının ayrıca qərarı lazımdır.