XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 16:22

Prezident İlham Əliyev diaspora rəhbərinə orden verdi:Ədalət  Hüseynov kimdir?

edalet

Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Ədalət  Hüseynov 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1969-1972-ci illərdə kənd məktəbində müəllim, 1972-1974-cu illərdə Masallı LKSM-in katibi, 1974-1992-ci illərdə milli təhlükəsizlik orqanlarında çalışıb. 1996-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olub.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, həmçinin 2012-ci il martın 6-da isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.