Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Ə.Nuriyevin sözlərinə görə, bugünkü iclasda 120-ə yaxın müraciətə baxılıb: “Digər baxılmamış müraciətlərə isə sabah keçiriləcək iclasda baxılacaq”.
Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.