XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 18:43

FHN-in helikopteri Xəzərdə batmaqda olan 4 balıqçını xilas etdi

fhn qeza

Martın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FYN-dən verilən məlumata görə, dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib. Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar – Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.

Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.