XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 15:49

Ombudsman aparatının nümayəndələri hərbi hissələrəbaxış keçiriblər

Azərbaycan Respublikası müdafiə nazirinin və insan hüquqları üzrə müvəkkilinin birgə təsdiq etdikləri tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri “N” hərbi hissələrə baxış keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ombudsman Aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektor müdiri Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib, şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.