XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 19:57

“Gmail” poçt xidməti genişlənmələridəstəkləyəcək

Tezliklə “Google” şirkətinin populyar “Gmail” poçt xidməti yeni funksional imkanlara malik olacaq. Axtarış nəhəngi məlumat verib ki, indi tərtibatçılar genişlənmələri yalnız “Chrome” brauzeri üçün deyil, birbaşa “Gmail” üçün yarada bilərlər. Yeni funksiya ilk öncə korporativ seqmentə hədəflənəcək. “Google” artıq “Intuit”, “Salesforce” və “Prosperworks” ilə əməkdaşlıq edir.

Azərtac “4pda.ru” saytına istinadən xəbər verir ki, “Gmail” poçt xidməti üçün genişlənmələr məzmundan asılı olduğuna görə hər bir konkret məktubun tərkibindən asılı olaraq görünə və ya görünməyə bilər. Hazırda bu genişlənmələr yalnız ön baxış üçün əlçatandır. Məsələn, “Intuit” genişlənməsi istifadəçilərə “Gmail” poçt xidmətində tez və asan formada qəbzlər yaratmağa imkan verir.

Gözləntilərə görə, vaxt keçdikcə yalnız müəssisələrə deyil, həm də adi istifadəçilərə hədəflənmiş daha çox genişlənmə əlçatan olacaq.