XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 20:12

Qarabağ kanalının kənarında tank əleyhinəmina tapılıb

Ağcabədi rayonunda tank əleyhinə mina aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, rayonun Qaradolaq kəndində, Qarabağ kanalının kənarına baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib, nəticə etibarilə 400 kv.m. ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 11 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 125 439 kv.m ərazi (455 079 kv.m ərazi əl ilə, 275 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 281 460 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.