XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 03:46

Gürcüstanda iğtişaş –20-dən çox xəsarət alan var

batumi-1

Gürcüstanın Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 20 nəfər xəsarət alıb, onlardan 11-i polis əməkdaşı, biri isə deputatdır.

 APA-nın Gürcüstanın “Birinci kanalına” istinadən verdiyi xəbərə görə, bu barədə Acarıstan bölgəsinin səhiyyə naziri Zaal Mikeladze bildirib.

Yerli telekanalların məlumatına görə, xüsusi təyinatlılar Acarıstan Daxili işlər Baş İdarəsinin binasına daxil olmağa səy göstərən etirazçılara qarşı  gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

https://youtu.be/F5AvnUQk8yU