XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 10:16

Türkiyə XİN:"Biz Niderlanda onqat artıq cavab verəcəyik"

Mövlud

"Niderland türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır", – deyə o əlavə edib.

Nazir qeyd edib ki, Niderland hakimiyyətinin Türkiyənin XİN rəhbərinin ölkəyə girişinə icazə verməməsi istənilən halda qəbuledilməzdir:

"Lakin Niderlandın naziri (ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kaya) Türkiyənin Rotterdamdakı Baş konsulluğu binasına buraxmaması Avropa üçün utancvericidir. Və Ankara hər dəfə bu rüsvayçılığı Avropaya xatırladacaq". /"Report"