İraq ordusu Mosul şəhərinin qərb hissəsinin İŞİD terrorçularından azad edilməsi əməliyyatını davam etdirir.
“France-Presse” agentliyinin məlumata görə, general Maan əl-Saadi artıq şəhərin 1/3-dən çox hissəsinin terrorçulardan azad edildiyini bildirib.
Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib.
Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.