XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 18:06

Xalq şairinın oğlu yıxıldı, başı daşa dəydi –Fikrət Qocanın oğlu dünyasını dəyişib

fikret-qoca

Xalq şairi Fikrət Qocanın oğlu faciəli şəkildə dünyasını dəyişib.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib ki, hadisə dünən baş verib.

Şair-tərcüməçi Yalçın Qoca yıxılıb və ciddi xəsarət alıb.  52 yaşlı Y. Qoca xəstəxanaya aparılarkən yolda vəfat edib.

F. Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca isə APA-ya bildirib ki, hadisə martın 11-də axşam saatlarında baş verib: "Yalçının gözlərində problem var idi, son zamanlar səhhətindən də şikayət edirdi. Yalçın dünən özünü pis hiss edib, özündən gedib, başı səki daşına dəyib”.

Y. Qoca bu gün Bakıda "Qurd qapısı” qəbiristanlığında dəfn edilib. 

Allah rəhmət eləsin!