XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 20:14

Haitidə avtobusun kütləni vurması nəticəsində34 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Haiti

Haitidə onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

Bu barədə "France Presse" xəbər verib.

Məlumata görə, hadisə ölkənin şimalındakı Qonaiv şəhərində baş verib. Belə ki, avtobusun kütləni vurması nəticəsində 34 nəfər ölüb.  

Hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verməsi barədə hər hansı məlumat verilmir.