Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Buna səbəb kimi hakim Həbib Həsənovun sədrlik etdiyi başqa məhkəmə prosesinin – vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə məhkəmənin müşavirədə olması göstərilib.
Həmin iş üzrə hökm oxunduqdan sonra proses davam edəcək.