XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2017 - 15:37

Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb

polad

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.

TASS-ın verdiyi məlumata görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib. Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib.

Seçkilər bu ilin payızında keçiriləcək.

UNESCO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.

O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.