XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 00:43

Britaniyanın İcmalar Palatası “Brexit” üzrə dəyişiklikləri rədd edib –Qanun geri qaytarıldı

brexit-apa

Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının “Brexit” üzrə qanun layihəsinə dəyişikliklərini rədd edib.

"Reuters"in verdiyi xəbərə görə, beləliklə qanun layihəsi yenidən Lordlar palatasına göndərilib.

“Pinq-ponq” adını qazanmış sənəd bütün şərtlər razılaşdırılmayanadək bir palatadan digərinə göndəriləcək.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.

APA