XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2017 - 10:54

Bakıda Novruz şənliyi keçirilir –Axşam bayram konserti və atəşfəşanlıq olacaq

semeni-novruz-bayrami

“İlaxır çərşənbə” günü münasibəti ilə Bakıda Novruz şənliyi təşkil edilib.

Metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə – Qala divarları önündə Novruz personajları Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl  və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvan  Suraxanı “Atəşgahı”na  yola düşüb.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq  İstiqlaliyyət küçəsi, “Beşmərtəbə dairəsi”, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək.

“Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə  “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bayram tədbiri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. /APA