Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair Sabir Sarvan vəfat edib.
Bu barədə Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid sosial şəbəkədə məlumat verib.
Sabir Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan", “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.
Allah rəhmət eləsin!