XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 11:50

Kərəm Həsənovun Ağdama səfəri alınmadı –Qəbul tarixində dəyişiklik

kerem

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Ağdam rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək martın 29-na keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlər dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya Komitənin Aparatı (012) 490-24-08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsi (02020) 5-56-05, (02632) 5-07-65 ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.