XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 12:43

MDB-nin Baş Qərargah rəisləri Moskvaya toplanır –Nəcməddin Sadıkov Rusiyaya getdi

necmeddin

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov martın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, N.Sadıkov martın 15-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

İclas çərçivəsində "Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.