XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 17:00

Pakistanın Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti Azərbaycanda –FOTO

pakistan-herb-azerbay

Pakistanın Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin qərargahında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Pakistan nümayəndə heyətinin rəhbəri, briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi arasında keçirilən görüşdə ölkələrimizin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonda Pakistan nümayəndə heyətinə brifinq təqdim edilib.