XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Mart 2017 - 17:16

Naxçıvanda Novruz bayramı yarmarkası açılıb –FOTO

yarmarka-naxcivan

Naxçıvan şəhərindəki Mərkəzi bazarda Novruz bayramı münasibətilə ənənəvi bayram yarmarkası təşkil olunub.

Yarmarkaya 45 sahibkarlıq subyekti tərəfindən 120 növdə, 200 çeşiddə məhsul çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 15-20 faiz ucuz satılır.

Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin Novruz süfrələrinin bəzəyi olan müxtəlif çeşiddə şirniyyat və çərəzlər satışa çıxarılıb.

Burada muxtar respublikanın rayonlarından gələn fermerlərə və digər torpaq mülkiyyətçilərinə hər cür şərait yaradılıb.

Yarmarka martın 19-na kimi davam edəcək.