XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Mart 2017 - 20:58

Türk nazir:"Türkiyə Niderlanda qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər"

Turkish flag

Türkiyə Niderlanda qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu barədə Türkiyənin gömrük və ticarət məsələləri üzrə naziri Bülənt Tüfenkçi bildirib.  

Onun sözlərinə görə, bu vaxtadək Niderlanda qarşı yalnız siyasi və hüquqi sanksiyalar nəzərdən keçirilib, lakin yaxın günlərdə iqtisadi sanksiyaların da gündəliyə salınacağı istisna edilmir.    

Xatırladaq ki, bundan əvvəl Ankara ölkənin hava məkanını Niderlandın diplomatik reysləri üçün bağlayıb. Bundan başqa Hollandiya səfirinə ölkəyə girişinə qadağa qoyulub, Türkiyə-Niderland parlamentlərarası Dostluq qrupunun fəaliyyəti dayandırılıb.  (APA)