XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 09:47

Moskvada terror aktınınqarşısı alınıb

FCB-2

Rusiya xüsusi xidmət orqanları Moskvada 8 Mart – Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı planlaşdırılan terror aktının qarşısını alıblar. Martın əvvəlində Moskva aeroportlarından birində İstanbuldan gəlmiş Tacikistan vətəndaşı M.İzatillo yoxlanış tədbirləri çərçivəsində saxlanılıb. Saxlanılan şəxs ömürlük həbs olunacağı Tacikistana deportasiya ediləcəyini anladıqda, telefonunu sındırmağa çalışıb, sonra isə qayçını boynuna sancaraq, boğazını kəsməyə cəhd edib.    

Saxlanılan şəxs xəstəxanaya çatdırılıb. Onun Suriyada İŞİD sıralarında döyüşdüyü məlum olub.  

Aparılan istintaq tədbirləri zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək məqsədi ilə gəldiyini etiraf edib. O, 8 Mart – Beynəlxalq qadınlar günü keçirilən bayram tədbirləri zamanı özünü partlatmağa hazırlaşırmış.  

Hazırda terrorçu ilə əlaqəli olan şəxslər müəyyənləşdirilir.  Məlumata görə, o, Moskvada

partladıcı qurğu ilə təmin edilməli imiş. M.İzatillo dindirildikdən sonra Tacikistana təhvil verilib.   (APA)