XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 12:58

Qoşunların qarşıdurma xəttindənövbəti monitorinq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 15-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparıblar.