Qiyamçılara qarşı quru əməliyyatlarının keçiriləcəyi istisna deyil
Səudiyyə krallığı və onun müttəfiqlərinin donanması husilərin kənardan silah və əlavə qüvvə almasına imkan verməmək üçün Yəmənin limanlarını mühasirəyə alıb.
Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, bundan başqa, koalisiya qiyamçı husilərin mövqelərinin bombardmanının gücləndirilməsinə hazırlaşır.
Səudiyyənin Böyük Britaniyadakı səfiri bir daha bildirib ki, Ər-Riyad İranın qiyamçı husilərə silah yardımı etməsindən şübhələnir. Tehran və qiyamçı husilər isə bu cür ehtimalları tam inkar edirlər.
Qeyd edək ki, koalisiya qiyamçılara qarşı quru əməliyyatlarının keçiriləcəyini istisna etmir, lakin hələlik bu mərhələyə keçməyə hazır deyil.