XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 14:03

Arif Rəhimov:"Qreq Maffeyin bəyanatı bizim üçün sürpriz oldu"

"Formula-1"in yeni sahiblərinin, "Liverty Media"nın rəhbəri Qreq Maffeyin bəyanatı bizim üçün sürpriz oldu".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Qran Prisini promouteri Arif Rəhimov Q.Maffeyin Azərbaycanın "Formula-1" markasını təşviq etməməsiylə bağlı bəyanatını şərh edərkən deyib.

A.Rəhimov "Formula-1" haqqında çox şey bilməyən şəxsdən belə fikir eşitməyin qəribə olduğunu əlavə edib: "Bildiyimə görə, Maffey bir dəfə Qran Pridə iştirak edib. Bakıdakı yarışı isə həm pilotlar, həm də rəsmi şəxslər uğurlu adlandırmışdı. Buna görə də bu cür bəyanatı anlamaq çətindir".

A.Rəhimov "Formula-1"in yeni rəhbərliyinin Bakıdakı yarışın necə maraqlı keçdiyini gördükdən sonra fikirlərini dəyişəcəklərinə ümid etdiyini vurğulayıb.