XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 16:09

Bakıda avtobuslar üçün xüsusihərəkət zolaqları çəkilir

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb.

Qurumdan Trend-ə verilən məlumata görə, məqsəd, Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilməsi və bu zolağın tələbinə uyğun yol nişanlarının quraşdırılması təmin edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.