XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 22:50

“Bakı Metropoliteni” metroda baş verən tüstülənməninsəbəbini açıqlayıb

“Bakı Metropoliteni” QSC "28 May" və "Gənclik" stansiyaları arasında müşahidə edilən tüstülənmə ilə bağlı açıqlama yayıb.

"Report" xəbər verir ki, idarənin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev tüstülənmənin naqillərin əriməsi səbəbindən baş verdiyi bildirib.

"28 May" və "Gənclik" stansiyaları arasında tüstülənmə müşahidə edilib. Əməkdaşlarımız hadisənin baş vermə səbəbini aydınlaşdırmaq üçün dərhal tunelə düşüblər. Həmçinin təlimata uyğun olaraq FHN-in Yanğından Mühafizə Xidmətinə və "təcili tibbi yardım"a müraciət olunub. İki stansiya arasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş verib. Bunun nəticəsində naqillərin üstündəki təbəqə əriyib və tüstülənmə əmələ gəlib. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə "Gənclik" və "28 May" stansiyalarında da müşahidə edilirdi.

Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırılıb. Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırılıb. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər öz ayaqları ilə metronu tərk ediblər", – deyə o əlavə edib.