XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Mart 2017 - 22:58

Bir qrup futbol veteranınaAFFA-nın təqaüdləri veriləcək

Martın 15-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərtac xəbər verir ki, iclasda danışılmış oyunlar və matçların nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərarın qəbulunun İntizam Komitəsinə tövsiyə edilməsi, Vüqar Məmmədin U-15 və U-16 yığmalarının, Mirbağır İsayevin U-17, Təbriz Həsənovun U-19, Nilson Dos Santos Maçadonun isə futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunmaları barədə qərarlar qəbul edilib. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 yığmamız Yaşar Vahabzadəyə həvalə olunub.

İclasda bir qrup futbol veteranına AFFA-nın təqaüdünün verilməsi qərara alınıb.

Sonra Hakimlər Komitəsinin tərkibi müəyyənləşib, Hakim-İnspektorlar Komitəsinin heyətində dəyişiklik edilib.

Sonda AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddətinin uzadılması barədə qərar qəbul olunub. İclasda “İnter” futbol klubunun AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib.