XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2017 - 12:10

Gürcüstan prezidenti:“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır”

marqlasvili

”Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”.

Bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib.

O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: “Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.

G.Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir:

“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub”.