XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 14:33

Həbs olunmuş dindarın məhkəməsində gərginlik –Hacı İlqar İbrahimoğlu saxlanılıb

serdar din

Bu gün, martın 16-da Şirvan Apellyasiya Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin məhkəmə prosesi zamanı gərginlik yaşanıb.

Bunu "Azadlıq Radiosu"na vəkil Cavad Cavadlı bildirib.

Vəkil deyib ki, Şirvan şəhər polisi məhkəməyə gedən yolu bağlayaraq heç kəsi ora buraxmaq istəməyib: «Mən S.Babayevin vəkili olmama baxmayaraq, məni də buraxmaq istəmirdilər. Sonradan başa düşdülər ki, bu mümkün məsələ deyil. Məni polis xüsusi maşınla məhkəmə binasının önünə gətirdi».

Məhkəmə prosesinə gəlincə C.Cavadlı deyib ki, prosesdə onların şikayəti təmin edilməyib. Bununla da birinci məhkəmə instansiyasının qərarı qüvvədə qalıb.

Amma vəkilin deməsinə görə, gərginlik bununla aradan qalxmayıb. Məhkəmə prosesindən çıxdıqdan sonra vəkil prosesi izləməyə gələn Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri, ilahiyyatçı İlqar İbrahimoğlunun saxlandığını öyrənib: «Mən polis idarəsinə getmək istəsəm də, buna icazə vermədilər. Maşınımızı saxlayaraq demək, olar ki, bizi şəhərdən çıxmağa məcbur etdilər».

C.Cavadlı bunu belə qeyd edib ki, polislərlə əlaqə saxlaya bilib. Ona yaxın saatlarda İ.İbrahimoğlunun sərbəst buraxılacağını deyiblər.

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona CM-in 168.1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham verilib.