XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

02 Mart 2015 - 08:38

Nazir sabiq nazirlə etirazçıları qəbil edəcək

Gənclər və idman naziri Azad Rəhimov bu gün əmək haqlarının verilməməsinə etiraz edən cüdoçularla görüş keçirəcək.

Cüdo Federasiyasından daxil olan məlumata görə, günorta saatlarında baş tutacaq görüşdə federasiya prezidenti, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edəcək.

Bildirilib ki, görüş zamanı nazir cüdoçuların şikayətlərini dinləyəcək.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın bir qrup cüdoçusu milli komandaların təlim-məşq bazası (“Neftçi”nin keçmiş bazası) qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar bildiriblər ki, artıq ilyarımdır əmək haqlarının verilməsində gecikmə halları müşahidə olunur. Maliyyə problemləri üzündən təlim-məşq toplanışları lazımi səviyyədə təşkil olunmur, kifayət qədər yarışda iştirak edə bilmirlər(AzVision.az).