XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 06:53

İran XİN Türkiyədəki müvəkkilini geri çağırdı

Ərdoğan: “Yəməndəki münaqişə təriqət münaqişəsinə çevrilib”

Картинки по запросу erdogan

İran XİN Türkiyə prezidenti Ərdoğanın İslam respublikasının Yəmən böhranında rolu barədə ifadələrini aydınlaşdırmaq üçün işlər müvəkkilini geri çağırıb.

Strateq.az Türkiyə KİV-ə əsasən bildirir ki, işlər müvəkkili səfirsiz “dəvət olunub” ki, “Ərdoğanın yersiz və qəribə şərhləri ilə bağlı İslam respublikasının etiraz və təəssüfünə” cavab verilsin.

İran XİN təmsilçisi Mərziyyə Əfxam deyib: “Biz aydın və inandırıcı cavab tələb etmişik”.

Qeyd edək ki, ötən cümə axşamı Türkiyə prezidenti Ərdoğan İranın bölgədə üstünlüyə can atmasını dözülməz adlandırıb. Ərdoğan deyib ki, Yəməndəki münaqişə “təriqət münaqişəsi”nə çevrilib və İranı şiə qiyamçı-husilərə dəstək verməyi dayandırmağa çağırıb.

Ərdoğan onda qeyd etmişdi ki, “İran öz baxış nöqtəsini dəyişməli, Yəməndəki, həmçinin Suriya və İraqdakı qüvvələrini çıxartmalı və bu ölkələrin ərazi bütövlüyünə sayğı bəsləməlidir“.