XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 00:24

Ukraynada zavodda partlayış baş verib –Ölənlər var

Ukrayna 7767

Ukraynanın Zaporojye şəhərində yerləşən “Zaporojkoks” zavodunda baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb.

APA-nın UNN nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış qazla dolu çəndə baş verib. Məlumata görə, partlayışa çənin yaxınlığında qaynaq-təmir işlərinin aparılması səbəb olub.   

Ölənlərdən üçü hadisə yerində, biri isə təcili yardım maşınında keçinib. Hadisə ilə əlaqədar araşdırma aparılır.