XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 00:39

Eldar Sabiroğlunun vəziyyəti ağırlaşdı –Ankaraya aparıldı

eldarsabiroqlu

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun səhhəti pisləşib.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Vəkil deyib ki, Sabiroğlunun səhhəti ağırlaşdığından o, Türkiyənin Ankara şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirək ki, E.Sabiroğlu ürək xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Sabiroğlunun oğlu Rüfət Səfərov hazırda həbsdədir. R.Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov rüşvət almaqda təqsirli bilinərək həbs edilib.

Musavat.com