Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası davam edir.
Sərəncamla qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb.
Məhbusların azadlığa buraxılması mərasimində Ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəisi müavini Hüseyn Əlixanov və digərləri iştirak ediblər. /APA