XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 12:27

“Fransaya səfər edə bilirəmsə, deməli, səhhətimdə hər şey qaydasındadır” –Rüstəm İbrahimbəyov

rustem

“Hazırda Fransadayam. İşlərimlə bağlı bura gəlmişəm. Düzdür, Azərbaycandakı dostlarım tez-tez zəng edib  maraqlanırlar. Mən isə kino işlərimlə bağlı gah Amerikada, gah Fransada, gah da Rusiyada oluram”. 

Bunu tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

Tanınmış kinorejissor səhhətindən də söz açıb.

“Keçən ay 78 yaşım tamam oldu. Azərbaycandan çoxlu təbriklər aldım. Düzdür, yaş gedir.  Amma, kino, teatr sahəsi məşğul olduğum sevimli işimdir. Bu yaşda belə, işimlə məşğul olarkən özümü ruhən gənc hiss edirəm. Səhhətim əvvəlkinə baxanda normaldır. Həkim müayinəsindən keçirəm. Fransaya səfər edə bilirəmsə, deməli, səhhətimdə hər şey qaydasındadır”.

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri ərəfəsində öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkilib. /Modern.az.