XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 12:41

“İmtahanların yoxlanması üçün 2 mindən çox insan cəlb ediləcək” –DİM-də yeni şura yaradılır

TQDK

Dövlət İmtahan Mərkəzi mart ayında ümumtəhsil müəssisələrində buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyənlər və ya eksternat qaydasında yekun qiymətlərmədə iştirak edən şəxslər, o cümlədən orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün aprel ayında imtahan keçirəcək. 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, imtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir.

M.Abbaszadə bildirib ki, sabah ölkədə keçiriləcək buraxılış imtahanlarında təkcə test sualları yox, yeni növ tapşırıqlar misallar təqdim olunub:

"Valideynlər və ictimaiyyət nümayəndələri bizə suallar öyrənirlər və məlum olur ki onlar üçün bu imtahanın məzmunu ilə bağlı çox şey qeyri müəyyəndir. Bu imtahanlarda açıq suallarla bağlı yanaşmaları cəmiyyət qəbul etməyib. İmtahanların yoxlanması üçün 2 mindən çox insan cəlb ediləcək. DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq". /Modern.az