XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 13:13

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava 00

Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.