XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2017 - 17:39

Birinci vitse-prezident iranlı naziri qəbul etdi –FOTO

mehriban-iranli-nazir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Strateq.az xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirib.

Azərbaycan ilə İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən xanım Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədlərin imzalandığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Bir çox sahələrdə qurulan əlaqələrdən danışan Azərbaycanın Birinci vitse-prezidenti humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söylədi və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğulayıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik etdi, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Mahmud Vaezi xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu bildirib, Fondun gördüyü işləri yüksək qiymətləndirib.

Ölkəmizdə Novruz əhval-ruhiyyəsinin şahidi olduğunu deyən qonaq Azərbaycanda bu bayramın böyük təntənə ilə qeyd edildiyini söylədi və bayram münasibətilə təbriklərini çatdırıb.