XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2017 - 20:16

Milli Məclisin deputatı Bolqarıstana gedəcək –Seçkiləri müşahidə üçün

meclis

Milli Məclisin deputatı Musa Quliyev martın 25-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaq.

Parlamentdən verilən məlumata görə, deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı missiyasının tərkibində Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Deputat digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək. /APA