XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 11:21

Sumqayıtda topmərmisi tapılıb

Sumqayıtda top mərmisi aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və döyüş tətbiqinə yararlı 1 ədəd 122 millimetr çaplı top mərmisini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xilasedicilər əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.