XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 13:06

Bu il bahar Azərbaycana bu tarixdəqədəm qoyacaq

Gözəllik, xoş əhval-ruhiyyə fəsli hesab edilən Baharın bu il Azərbaycana gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür.

Azərtac xəbər verir ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiya elmində “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayıblar. Həmin ənənə bu gün də davam edir.