XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 14:13

Paris aeroportunda insident baş verib:uçuşlar dayandırılıb, aeroport boşaldılıb - VİDEO

Fransa

Fransanın paytaxtı Parisdəki “Orli” hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.

Naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib.

Naməlum şəxs zərərsizləşdirilib. “Orli” hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub.

Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.

Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb. /APA